Nəşr edilmişdir 02/08/2025

Paylaşın

GÜNDƏM

BDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

IMG-20241202-WA0044

“Xəbərdarlıq edildiyi kimi, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürür”.

Baki-baku.az-ın xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hərəkət iştirakçılarına müraciətində qeyd olunub.

Bildirilib ki, qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün BDYPİ bir daha sürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.

“Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur.

Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq”, – deyə müraciətdə qeyd olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

XXI əsr nəqliyyatında etik, fizioloji və cəmiyyət normaları

Ən son

GÜNDƏM

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə hazırlanmış “Heydər Əliyev – Zəfər yolunun

GÜNDƏM

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə hazırlanmış “Heydər Əliyev – Zəfər yolunun