Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/13/2026

Paylaşın

GÜNDƏM

BDYPİ dəyişən hava şəraiti ilə bağlı xəbərdarlıq edir

BDYPİ, ГУГДП

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin son proqnozlarına görə, qarşıdakı günlərdə ölkə ərazisində hava dəyişiklikləri gözlənilir. Yağıntılı hava şəraitinin yaranması ilə bağlı yollarda görünüş məsafəsinin kəskin məhdudlaşacağı barədə xəbərdarlıq edilib. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu təbii amillərin yaratdığı riskləri nəzərə alaraq, bütün yol hərəkəti iştirakçılarını xüsusi diqqətli olmağa və təhlükəsizlik tədbirlərinə ciddi yanaşmağa çağırıb.

Baki-baku.az-ın əldə etdiyi məlumata görə, BDYPİ tərəfindən hazırlanmış xüsusi xəbərdarlıqda, dumanlı və yağıntılı hava şəraitində yollarda təhlükəsizliyin təmin edilməsi üçün bir sıra vacib tövsiyələr verilib.

Sürücülər üçün xüsusi təhlükəsizlik tədbirləri aşağıdakı kimi müəyyən edilib:

“- Hərəkət sürəti yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz ara məsafəsi və interval mütləq qorunmalıdır;

  • Kəskin manevrlərdən, qəfil əyləcləmədən və əsassız ötmələrdən çəkinilməlidir;
  • Nəqliyyat vasitəsinin şüşələrinin, faralarının və işıq siqnallarının təmiz və saz vəziyyətdə olmasına diqqət yetirilməlidir.
  • Nəqliyyat vasitəsinin yaxın işıqları və ön-arxa qabarit işıqları daim yanılı vəziyyətdə saxlanılmalıdır;
  • Görünmə məsafəsi kəskin azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət olduqda istifadə edilməlidir;
  • Qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətini zəiflətdiyi üçün zərurət olmadıqda uzaq işıqlardan istifadə etmək yolverilməzdir”.

Piyadalar üçün də xüsusi tövsiyələr verilib. Onlar məhdudiyyətli görünmə şəraitində sürücülərin onları vaxtında seçə bilməsi üçün qabaqlayıcı tədbirlər görməli, mümkün qədər işıqqaytarıcı elementlərdən istifadə etməli, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli və əlverişsiz havalarda daha diqqətli davranmalıdırlar.

“Hörmətli yol hərəkəti iştirakçıları! Unutmayaq ki, qaydalara əməl edərək həm özünüzü, həm də digər hərəkət iştirakçılarını qorumuş olursunuz”, – deyə BDYPİ-nin xəbərdarlığında deyilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin