Nəşr edilmişdir 03/29/2025

Paylaşın

GÜNDƏM

BDYPİ bayram tətilindən dönən sürücülərə müraciət edib

IMG-20250329-WA0039

“Bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur”.

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

BDYPİ Novruz şənliklərinin arzuolunmaz hadisələr fonunda bitməməsi üçün yol hərəkəti iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, sürücülərdən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sərnişinlərdən isə belə hallara qarşı biganə qalmamağı xahiş edir:

“Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq.

Xatırladırıq ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində aprelin 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

GÜNDƏM

Martın 31-də Qaradağ rayonunun Sahil qəsəbəsindəki “31 mart Azərbaycanlıların soyqırımı abidə-kompleksi” önündə tədbir keçirilib.

GÜNDƏM

Martın 31-də Qaradağ rayonunun Sahil qəsəbəsindəki “31 mart Azərbaycanlıların soyqırımı abidə-kompleksi” önündə tədbir keçirilib.