Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/29/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

BDU-nun ilk azərbaycanlı rektoru oldu, ölüm hökmü çıxarılaraq güllələndi – Bakı küçələrinin adlarını daşıyanlar

IMG-20260329-WA0006

Bakı küçələrinin adlarını daşıyanlardan biri də Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü), yazıçı, publisist, pedaqoq Tağı Şahbazi Simurqdur.

Baki-baku.az həmin şəxsin həyatına nəzər yetirir.

Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. 1902–1905-ci illərdə İçərişəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirib. Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə alıb, onun əsasında həmin il Xarkov İmperator Universitetinin Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olub. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçib. 1914-cü ildə universitetin Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırıb. 1915-ci ildə Rusiya Sosial-Demokrat (Bolşevik) Fəhlə Partiyasının tələbə təşkilatına daxil olub. 1917-ci ildə Bakıda “Hümmət” təşkilatında, 1918-ci ildə Xarkovda “Cənub türk-tatar işçisi” hərəkatında fəal çalışıb.

1919-cu ildə Ukrayna K(b)P MK yanında “Hümmət” müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olub.

1922–1923-cü illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, 1923-cü ildə “Maarif və mədəniyyət” jurnalının redaktoru, 1923–1926-cı illərdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926–1929-cu illərdə ADU-nun rektoru, 1930–1937-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışıb.

Bədii yaradıcılığa inqilabdan əvvəl başlayıb. “Quşlar kimi azadə”, “İyi aləm”, “Südçü qız”, “Şəkərli çoban”, “Aclar” və s. hekayələrində istismar dünyası, dini fanatizm, xalqa yad “ziyalılar” tənqid olunur.

Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur. Bunlar “Haqsızlıq dünyası”, “Hacı Salman”, “Ağanın kənizi”, “Məşədi Qədimin evində bədbəxtlik”, “Azadlıq üçün cinayət”, “Zərifə”, “Küləkli bir axşam” və s. hekayələrində öz əksini tapıb. 1932-ci ildə yazdığı “Düşmənlər” povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizədən bəhs edir.
1937-ci ildə isə əks-inqibaçı, burjua millətçi kimi həbs edilib, 1938-ci ildə 15 dəqiqə sürən məhkəmədə T. Şahbaziyə ölüm hökmü çıxarılıb.
Bakıdakı küçələrdən biri onun adını daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan və Osmanlı imperiyasının sarayları və məscidləri özünəməxsus xüsusiyyətlərə malik olsa da, hərbi sahədə aydın oxşarlıqlar müşahidə olunur.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin