Nəşr edilmişdir 12/20/2024

Paylaşın

GÜNDƏM

BDU-da görkəmli şərqşünas-alim Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Dekabrın 20-də Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın anadan olmasının 85 illik yubileyinə həsr edilən “Ərəbşünaslıq və şərqşünaslıq: müasir dünyada mədəniyyətlərarası dialoq” mövzusunda respublika elmi konfransı keçirilir.
Baki-Baku.az xəbər verir ki, konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev görkəmli alim Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elmindəki xidmətlərindən danışıb. Qeyd edib ki, Aida İmanquliyeva Azərbaycanda ilk şərqşünas qadın professor olub: “O, Şərq və Qərb mədəniyyətləri arasında yeni körpülər yaradan qiymətli əsərlər yazıb, apardığı tədqiqatlarla ölkəmizdə ərəb ədəbiyyatının tədqiqi istiqamətində yeni mərhələnin əsasını qoyub. Alimin tədqiqata cəlb etdiyi, mühüm elmi nəticələr aldığı ərəb məhcər ədəbiyyatı şərqşünaslıq elmimizdə əsl yenilik idi”.
Rektor bildirib ki, “Məhəbbət və gözəllik, ağıl və kamal elə mənəvi işıqdır ki, qəlbi nurlandırır” deyən Aida xanımın elmi yaradıcılığı çox zəngindir. O, 30 il Şərq mədəniyyətini, mənəvi dəyərlərini, ictimai-siyasi fikrini araşdırıb, yaradıcılığı ilə Azərbaycan şərqşünaslıq elminin inkişafı tarixində parlaq səhifə açıb. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur. Aida xanım elmi fəaliyyəti dövründə bir sıra sanballı əsərlər yazıb, eyni zamanda, respublikamızda və xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq konfranslarda yüksək elmi səviyyəsi ilə seçilən məruzələrlə çıxış edib. Onun tədqiqat əsərləri və məruzələri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb, əsərlərinə çoxsaylı istinadlar olunub. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi işçidən direktor vəzifəsinə qədər yüksələn alim fəaliyyəti dövründə bu sahədə yeni elmi istiqamətlər müəyyən edib, məktəb yaradıb. Görkəmli alimin elmi rəhbərliyi ilə çoxsaylı dissertasiyalar müdafiə olunub, ərəb ədəbiyyatı sahəsində tanınmış mütəxəssislər hazırlanıb. Aida xanımın müəyyən etdiyi istiqamətlər alimin ardıcılları tərəfindən bu gün də öyrənilir, tədqiq olunur.
Diqqətə çatdırılıb ki, Aida İmanquliyeva BDU-nun Şərqşünaslıq fakültəsində ərəbşünas kadrların hazırlanması işinə böyük töhfə verib. 20 ildən artıq müddətdə ərəb ədəbiyyatından dərs deyib, mühazirələr oxuyub, xüsusi kurslar aparıb, dissertasiya və diplom işlərinə rəhbərlik edib. Onun rəhbərliyi ilə Ərəb filologiyası şöbəsində 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib, ərəb ədəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin müxtəlif sahələrini araşdıran monoqrafiyalar, kitablar yazılıb.
Sonra görkəmli şərqşünas alimin zəngin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş edilib.
AMEA prezidenti akademik İsa Həbibbəyli çıxışında diqqətə çatdırıb ki, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq məktəbinə yeni filoloji istiqamət gətirib. Onun ərəb ədəbiyyatına həsr etdiyi tədqiqatlar, monoqrafiyalar, məqalələr, yetirmələrinin yazdığı əsərlər şərqşünaslığın filoloji, ədəbiyyat qolunu inkişaf etdirib. Görkəmli alim ərəb məhcər ədəbiyyatına dair əsərləri ilə Azərbaycan, bütövlükdə dünya şərqşünaslıq elminə əvəzsiz töhfələr verib.
Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov isə bildirib ki, şərqşünaslıq elminin əsasını mədəniyyətlər, dinlər, insanlar arasında körpü yaratmaq təşkil edir. Professor Aida İmanquliyevanın da bütün elmi fəaliyyəti Şərqlə Qərbi vəhdət şəklində öyrənməyə, mədəniyyətlərarası dialoqa həsr olunub. Bu baxımdan Aida İmanquliyeva Azərbaycan elminin, ziyalılığının işığı kimi daim parlayacaq.
Milli Məclisin deputatı Jalə Əliyeva, BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov, Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlcuk Karakılıç, BDU-nun Ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı çıxışlarında professor Aida İmanquliyeva ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıblar. Qeyd olunub ki, Şərq-Qərb mədəni əlaqələrinin inkişafında, Azərbaycan fəlsəfi fikrinin İslam aləmində yayılmasında professor Aida İmanquliyevanın tədqiqatları mühüm əhəmiyyət kəsb edir.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 533

Ən son

GÜNDƏM

Dekabrın 20-də Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın anadan olmasının 85 illik

İQTİSADİYYAT

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.Baki-Baku.az xəbər verir ki, bu

GÜNDƏM

ABŞ, Fransa və Almaniyadan olan alimlər müəyyən ediblər ki, Ay təqribən 4,53 milyard il əvvəl