Nəşr edilmişdir 03/19/2025

Paylaşın

GÜNDƏM

Bayram gününün hava proqnozu açıqlanıb

eca6af029e5e214c2b354638a98efcfd_1200

Ölkə ərazisində bayram günlərində gözlənilən hava şəraiti (20-13 mart) açıqlanıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 9-13 dərəcə isti olacaq.

Martın 21-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti olacaq.

Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-12 dərəcə isti olacaq.

Naxçıvan MR-də hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, qar yağacağı, arabir duman olacağı ehtimal olunur. Yağıntılar 23-ü axşamdan tədricən kəsiləcək. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, bəzi dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta, gündüz 6-10 dərəcə isti olacaq.

Gəncə-Qazax bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimal olunur. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-14 dərəcə isti olacaq.

Balakən-Şəki və Oğuz-Qəbələ bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-12 dərəcə isti olacaq.

Dağlıq Şirvan bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimal olunur. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.

Quba-Qusar bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, qar yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.

Mərkəzi-Aran bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimal olunur. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 10-15 dərəcə isti olacaq.

Lənkəran-Astara bölgəsində hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-13, dağlarda gecə 1-4, gündüz 4-8 dərəcə isti olacaq.

.

.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.