Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2025

Paylaşın

GÜNDƏM

Bayram günləri Bakı avtovağzalı gücləndirilmiş rejimdə çalışacaq

Bakı avtovağzalı gücləndirilmiş rejimdə, BBAK

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri avtovağzalların kassalarından, həmçinin, “biletim.az” portalından onlayn qaydada əldə edə bilərlər. Qeyd edək ki, “biletim.az” portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 346 reys olmaqla 394 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Xatırladaq ki, Bakıdan bölgələrə böyük sərnişin axını nəzərə alınaraq reyslərin vaxtında yola düşməsi, avtobusların düzgün komplektləşdirilməsi və digər təşkilati məsələləri əngəlsiz təmin etmək məqsədilə reyslər üzrə bilet satışları avtobusların yola düşməsinə 15 dəqiqə qalmışa qədər həyata keçirilir. Avtobusun yola düşməsinə 15 dəqiqədən az vaxt qaldıqda biletlər artıq növbəti reys üçün təqdim olunur. Bu qayda “biletim.az” portalı üzərindən və avtovağzalın kassalarından əldə edilən biletlərə şamil edilir.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib.

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Kukla Teatrı 8 noyabr – Zəfər Günü münasibətilə növbəti dəfə “Açıq qapı” günü

GÜNDƏM

Azərbaycan Dövlət Kukla Teatrı 8 noyabr – Zəfər Günü münasibətilə növbəti dəfə “Açıq qapı” günü
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin