Nəşr edilmişdir 06/10/2025

Paylaşın

GÜNDƏM

Bayram günlərində qatarla səfər edən sərnişinlərin sayını açıqlanıb

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin qatarları ilə Qurban bayramı günlərində – iyunun 6-9-da ümumilikdə 54 min 675 nəfər səyahət edib.
Bu barədə Baki-baku.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, ADY Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib: “İyunun 6-9-da Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys, Bakı–Qəbələ–Bakı xətti üzrə 4 əlavə reys təyin olunub. Bakı–Balakən–Bakı marşrutu üzrə isə qatarlara tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub.
Məlumata görə, 5 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla (530 sərnişin) yola düşüb.
Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir. Ümumilikdə Bakı–Balakən–Bakı istiqaməti üzrə 2 170 nəfər daşınıb.
İyunun 6-9-da Bakı–Ağstafa–Bakı xətti üzrə 5 814 nəfər səfər edib. Onlardan da 1 842 nəfər əlavə reyslə səyahət edib. Bakı–Qəbələ–Bakı xətti üzrə isə 1 330 nəfər səfər edib, onlardan da 577 nəfər əlavə reyslə səyahət edib.
İyunun 6-9-da Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə və bazar günü qrafiki əsasında fəaliyyət göstərib. Bu marşrutla həmin tarixlərdə 45 min 361 nəfər daşınıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda 344 məktəb üzrə 80 mindən çox şagird buraxılış siniflərini bitirir

Ən son

GÜNDƏM

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi skuterlə hərəkət edənlərə xəbərdarlıq edib

GÜNDƏM

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi skuterlə hərəkət edənlərə xəbərdarlıq edib