Nəşr edilmişdir 06/07/2025

Paylaşın

GÜNDƏM

Bayram günlərində Bakı avtovağzalından daşınmış sərnişinlərin sayı açıqlanıb

İki gün ərzində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib.
Baki-baku.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, 5-6 iyun tarixlərində paytaxtdan bölgələrə 20 min 554 sərnişin daşınıb: “Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib. Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə, iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib”.
Bildirilib ki, sərnişinlərin 38%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.
“İstirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur”, – deyə məlumatda qeyd edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.

GÜNDƏM

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.