Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/12/2026

Paylaşın

TARİXİMİZ

Batı-Trakya Türk Cümhuriyyəti – Trakya türklərinin özgürlük rəmzi

Batı-Trakya Türk Cümhuriyyəti

Quşçubaşı Səncər Əşrəf: “Biz azıq, amma varıq! Kimsə bizim varlığımızı inkar edə bilməz!”

Ötən əsrin əvvəlləri təkcə Qafqazlarda deyil, həm də Balkanlarda təbəddülatlarla müşayiət olunurdu. Ayrı-ayrı xalqların özgürlük davası, istiqlaliyyət və dövlətçilik ənənələrinin bərpası, yaddaşa qayıdış ideologiyasının pərvəriş tapması yeni dünya düzəni yaradırdı. Qafqazlarda Krım Xalq Cümhuriyyətinin, Dağlılar Respublikasının, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması bu  yörədə siyasi mənzərəni dəyişdiyi kimi, Batı-Trakya Türk Cümhuriyyəti də Balkanların siyasi mühitində çevriliş idi. Kiçik bir xalq böyük  bir tarixi əzəmətə, ilkə imza atıb özgürlüyünü bəyan etməklə yunan dünyasının dincliyini pozmuş, hürriyyət savaşına qalxmışdı. Noman Çələbi xanın, Məhəmməd Əmin Rəsulzadənin, Topa Çermayevin, Rəşidxan Qaplanın, Pşemaxa Xoçayevin “yoxdan bir dövlət qurub bayraq yapmaq” sevdası Batı-Trakya Türk Cümhuriyyətinin qurucusu Quşçubaşı Səncər Əşrəfin istiqlal manifestinə çevrilmişdi. Onun liderliyi ilə qurulan bu qüdrətli dövlətin özülü gizli qoyulsa da, Batı-Trakya türklərinin azadlıq simvolu kimi tarixdə qaldı. Qara, ağ və yaşıl xətlərin ortasında ağ və beşguşəli ulduzdan ibarət olan Cümhuriyyət bayrağını Balkanlarda, tarixi torpaqlarında yaşayan türklərin istiqlal  rəmzi kimi səmaya sərən Quşçubaşı Səncər Əşrəfin məqsədi mənsub olduğu millətin varlığını dünyaya sübut, haqq və hüquqlarını bərqərar etmək, ərazi bütövlüyünə sahib çıxmaqdı. Cəmi 56 gün ömür sürsə də, qüdrətli dövlətlər istiqlaliyyətini tanımasa da, Batı-Trakya Türk Cümhuriyyətinin özgürlüyünü Azərbaycan Xalq Cümhuriyyəti, Krım Xalq Cümhuriyyəti, Dağlılar Respublikası kimi məhz Osmanlı İmperiyası tanıdı. Osmanlı İmperiyasının səlib yürüşlərinə məruz qalması onun Batı-Trakya Türk Cümhuriyyətinə dəstək verə bilməməsi, Cümhuriyyətin beşikdə boğulması, Yunanıstanın işğalına məruz qalması ilə qalması ilə nəticələndi. Onun bölgəni ələ keçirməsi ilə Batı-Trakya Türk Cümhuriyyətinin siyasi taleyi həll olundu…

Batı-Trakya Türk Cümhuriyyəti

Bu gün nə Topa Çermayevin, Rəşidxan Qaplanın, Pşemaxa Xoçayevin qurduğu Dağlılar Respublikası, nə Noman Çələbi xanın yolunda edam etdiyi Krım Xalq Cümhuriyyəti, nə də cəmi 56 gün ömür sürən Trakya türklərinin İstiqlaliyyətini dünyaya bəyan edən Quşçubaşı Səncər Əşrəfin ruhundan qida verdiyi Batı-Trakya Türk Cümhuriyyəti var. Quruluş, zaman, siyasi rejimlər, imperiyalar onların məhvinə fərman versələr də, tarix var, tarixi həqiqətlər var. Bu cümhuriyyətlərin və xalqların özgürlüyünün simgəsi, bəlgəsi, rəmzi, simvolu olan bayraqlar var. Bolşevik Rusiyasının, Şura hökumətinin, Sovet İttifaqının çökməsindən, 70 illik işğaldan, əsarətdən sonra üçrəngli, hilallı, ulduzlu Bayrağa yol verən Azərbaycanı təkcə Güney Qafqazın deyil, dünyanın qüdrətli dövlətlərindən birinə çevirən Ulu Tanrı bir gün yenidən Qafqazları və Balkanları əski yaddaş yerinə döndərəcək, o torpaqlarda ötən əsrin əvvəlində olduğu kimi, İstiqlal yelini – küləyini əsdirəcək! Qara dəniz, Samur, Trakya yenidən qabaracaq! Qafqaz Xalqlar Birliyi Respublikasına, Krım Xalq Cümhuriyyətinə, Batı-Trakya Türk Cümhuriyyətinə ruhundan qida verən Liderlərin amalı, yarımçıq arzuları gerçəyə çevriləcək.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu cür hallardan biri Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə

Ən son

TARİXİMİZ

Ötən əsrin əvvəlləri təkcə Qafqazlarda deyil, həm də Balkanlarda təbəddülatlarla müşayiət olunurdu.

TARİXİMİZ

Ötən əsrin əvvəlləri təkcə Qafqazlarda deyil, həm də Balkanlarda təbəddülatlarla müşayiət olunurdu.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin