Nəşr edilmişdir 09/29/2024

Paylaşın

XƏBƏRLƏR

Baş Prokurorluq və UNODC COP29 zamanı yüksək səviyyəli plenar iclas təşkil edəcək

Azərbaycan prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub.

“BakıBaku” “Report“-a istinadən xəbər verir ki, bunu Azərbaycan baş prokuroru Kamran Əliyev Bakıda dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı – Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İllik Konfransı və Ümumi Yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi tarixi əhəmiyyətlidir.

K.Əliyev söyləyib ki, tədbirin Azərbaycanda keçirilməsi böyük hörmət və etimadın, eləcə də Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Həmçinin, COP29 zamanı Azərbaycan Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil olunacağı qeyd edilib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində dekabrın 22-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə

GÜNDƏM

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Füzuli küçəsində avtobus

GÜNDƏM

Günəşdə iki güclü partlayış baş verib.Baki-Baku.az bu barədə TASS-a istinadən xəbər verir.Rusiya Tətbiqi Geofizika İnstitutundan