Nəşr edilmişdir 11/05/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Barselona daşqın altında qalıb

Barselona

İspaniyanın Valensiya vilayətindəki dağıdıcı daşqınlardan sonra təbii fəlakət Barselonanı vurub.
Baki-Baku.az bu barədə officelife.media-ya istinadən xəbər verir.
Məlumata görə, Barselonada qırmızı təhlükə səviyyəsi elan edilib. Orada hava limanı və bəzi yaşayış rayonları su altında qalıb, lakin hələlik zərərçəkənlər barədə məlumat yoxdur.
Hazırda ən azı 6700 hərbçi və İspaniyanın 6000 milli polis və mülki qvardiya əməkdaşı yağış və daşqınlardan zərər çəkmiş ərazilərdə xidmət göstərir.
İspaniyanın ikinci ən böyük “El-Prat” hava limanında uçuş-enmə zolağının və təyyarə dayanacaqlarının bir hissəsi su altında qalıb. Nəticədə 80-dən çox reys ləğv edilib və ya gecikdirilib. Şəhərlə dəmir yolu əlaqəsi dayandırılıb.
Şəhər yaxınlığındakı magistral yolda subasma səbəbindən yüzlərlə avtomobil yığılıb. Bəzi küçələr su ilə dolub. Elit kottec rayonları da zərər çəkib.
Yerli hakimiyyət orqanları sakinlərə məlumat göndərərək, zərurət olmadan avtomobillərlə çıxmamağı, yeraltı dayanacaqlardan və aşağı yerlərdə olan məkanlardan uzaq durmağı xahiş edirlər.
Qeyd edək ki, Valensiyada daşqın nəticəsində ölənlərin sayı artıq 217 nəfərə çatıb.

Barselona

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb.

Ən son

GÜNDƏM

Ən məşhur yeraltı keçidlərdən biri 28 May küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşir.

GÜNDƏM

Ən məşhur yeraltı keçidlərdən biri 28 May küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşir.