Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/18/2025

Paylaşın

GÜNDƏM

Banqkok–Helsinki marşrutu üzrə uçan təyyarə Bakıda məcburi eniş edib

IMG-20250418-WA0156

Finlandiyanın “Finnair” aviaşirkətinə məxsus Banqkok–Helsinki marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Baki-baku.az Bakı Aeroportuna istinadən xəbər verir ki, buna səbəb – sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə olub.
“Airbus A350” tipli təyyarə yerli vaxtla saat 12:06-da Bakı hava limanına uğurla eniş edib. Hava gəmisinə dərhal tibbi xidmət əməkdaşları yönləndirilib. Sərnişinə yerində ilkin tibbi yardım göstərilib və vəziyyəti qiymətləndirildikdən sonra, o təxirəsalınmadan paytaxtın tibb müəssisələrindən birinə təxliyyə olunub.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini prioritet sayaraq, bu kimi fövqəladə hallara cavab vermək üçün daim yüksək hazırlıq vəziyyətindədir. Hava limanında mütəmadi olaraq əməliyyat təlimləri və təhlükəsizlik ssenariləri üzrə simulyasiyalar həyata keçirilir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri Gəncə şəhərində geniş konsert
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin