Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/30/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Balababa Məcidov – Bakı küçələrinin adlarını daşıyanlar

IMG-20251030-WA0037

Bakının çox gedişli-gəlişli küçələrindən biri Balababa Məcidov küçəsidir. Bu küçə vaxtilə “2-ci Paralel” adı ilə məşhur olub. Bəs Balababa Məcidovun kim olduğunu bilirsinizmi?

Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir:

Məcidov Balababa Fərəc oğlu 12 mart 1912-ci ildə Bakıda anadan olub. 1930–1935-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə fakültəsində təhsil alıb, tibb elminə vəba ilə mübarizə dövründə qədəm qoyub. 1935-ci ildə Saratovdakı vəba əleyhinə institutda təlim keçərək Azərbaycan SSR-nin Puşkin (indiki Biləsuvar) rayonuna vəba əleyhinə məntəqənin müdiri təyin edilib.

1937-ci ildən Balababa Məcidov Bakıdakı Epidemiologiya, Mikrobiologiya və Gigiyena Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərmiş, əvvəlcə bakterial preparatlar istehsalı üzrə direktor müavini, 1940–1946-cı illərdə isə institutun direktoru olunub.

1946–1950-ci illərdə o, Azərbaycan SSR Səhiyyə nazirinin birinci müavini və SSRİ Səhiyyə Nazirliyinin Azərbaycandakı vəbaya qarşı mübarizə stansiyasının elmi hissə üzrə rəis müavini vəzifələrində çalışıb. 1950-ci ildən yenidən institutda fəaliyyətə qayıdaraq Epidemiologiya şöbəsinə rəhbərlik etmiş, 1953-cü ildən isə ömrünün sonuna qədər həmin institutun direktoru olub.

Balababa Məcidov Azərbaycan tibb elminə bağırsaq infeksiyalarının epidemiologiyası və profilaktikası sahəsində böyük töhfələr verib. O, 1957-ci ildə “Azərbaycan SSR-də bakterial dizenteriya” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1958-ci ildə professor elmi adını alıb.

1960-cı ildə ona Azərbaycan SSR-in əməkdar həkimi, 1964-cü ildə isə əməkdar elm xadimi fəxri adları verilib.1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, həmin ildən 1972-ci ilədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsində çalışıb.

Uzun illər Azərbaycan Epidemioloqlar, Mikrobioloqlar və İnfeksionistlər Elmi Cəmiyyətinin, eləcə də Azərbaycan SSR Elmi Tibbi Şurasının sədri olub, “Azərbaycan Tibb Jurnalı” və “Mikrobiologiya, Epidemiologiya və İmmunologiya” kimi elmi nəşrlərin redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərib.

Alimin elmi irsinə 400-dən çox əsər daxildir – 5 monoqrafiya, 8 elmi-populyar broşura və çoxsaylı məqalələr. Onun rəhbərliyi altında 8 doktorluq və 12 namizədlik dissertasiyası müdafiə olunub.

Balababa Məcidov 3 iyul 1975-ci ildə vəfat edib O, Azərbaycan tibb elminin inkişafında və ictimai sağlamlığın qorunmasında mühüm xidmətləri ilə yadda qalıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Təsəvvürünüzə elə bir bitki gətirin ki, sadəcə yolkənarında, dərələrdə bitir, lakin əsrlər boyunca demək olar ki, möcüzəvi bitki
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin