Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/26/2025

Paylaşın

GÜNDƏM

Bakıxanovda ağacların dibi asfalt örtüyündən təmizlənib

38371E70-DAC0-4D8A-BB2C-57C9FD10A551

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində ağacların dibi asfalt örtüyündən təmizlənərək torpaqla əvəz edilib.
Baki-baku.az xəbər verir ki, işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən aparılıb.
Sakinlərin redaksiyamıza ünvanladığı müraciətdən sonra aidiyyəti qurum tərəfindən həyata keçirilən tədbir yaşıllıqların sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Ağac köklərinin hava ilə təmasda olması və su alması üçün vacib olan torpaq sahəsi əvvəlcə asfaltla örtülmüşdü ki, bu da onların quruma riskini artırırdı.
Hazırda asfalt qatı sökülüb, ağacların dibinə torpaq tökülərək təbii vəziyyətə qaytarılıb. Bu, təkcə ekoloji baxımdan deyil, həm də estetik cəhətdən ərazinin görünüşünü yaxşılaşdırıb.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az portalının xəbərinə görə, bu barədə "Guancha" xəbər portalı məlumat verib

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi