2026-cı ilin ilk günlərində paytaxt küçələrinin işıqlandırılması, park və meydanların bəzədilməsi, yolkaların qurulması Bakının bir çox ərazilərində artıq diqqət çəkib. Ənənəvi olaraq, hər il olduğu kimi bu il də bəzi rayon icra hakimiyyətləri bayram hazırlığı baxımından digərlərindən daha fəal görünür.
Baki-baku.az paytaxt sakinlərinin müşahidələri və ərazilərdə aparılan vizual qiymətləndirmə əsasında Bakının Yeni ilə hazırlıq səviyyəsinə görə rayonlarını reytinq formasında təqdim edir.
Qeyd edək ki, reytinq hazırlanarkən əsasən rayonların Yeni il ruhuna uyğun bəzədilməsi, işıqlandırma səviyyəsi, ümumi estetik görüntü və ictimai məkanlarda yaradılan bayram atmosferi nəzərə alınıb:
- Yasamal
- Xətai
- Nərimanov
- Səbail
- Nizami
- Nəsimi
- Binəqədi
- Xəzər
- Sabunçu
Suraxanı, Qaradağ və Pirallahı rayonlarının bayram hazırlıqlarını eyni səviyyədə qiymətləndirmək olar.
Ümumilikdə, Bakının bütün rayonlarında bayram ab-havası hiss olunur. Gördüklərimizi nəzərə alaraq, aparılmış hazırlıq işlərinin paytaxt sakinlərində xoş ovqat yaratdığını desək yanılmarıq.











