Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/17/2026

Paylaşın

GÜNDƏM

Bakının Tbilisi prospektində “cib” tipli zolaqlar salınacaq

Tbilisi prospekti

Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır.

Bu barədə Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, dəyişikliklər nəticəsində sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş xüsusi “cib” tipli zolaqlar təşkil olunacaq.

Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər.

Tbilisi prospekti və Həsən Əliyev küçəsinin kəsişməsində nizamlanmayan hərəkət qaydası ləğv ediləcək, hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq, nəqliyyatın buraxıcılıq qabiliyyəti artırılacaq, piyadaların təhlükəsiz hərəkəti təmin olunacaq.

Layihə 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir və Bakı-Sumqayıt dəhlizi üzrə icra olunan işlərdən biridir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə artıq yekunlaşmaq üzrədir.

Ən son

GÜNDƏM

Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır.

GÜNDƏM

Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin