Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/25/2026

Paylaşın

Mədəniyyət

Bakının ritmi – Şair, bəstəkar Xanım İsmayılqızı ilə

Xanım İsmayılqızı

Bakını bir kəlmə ilə…

Doğmam.

Bakı nə rəngdədir?

Baxdığım vaxtdan, gördüyüm tərəfdən, içimdəki fəsildən asılı olaraq, bəzən ağ, bəzən qara, bəzən boz, bəzənsə rəngarəng. Bütün halı-əhvalı, havası, görüntüsü ilə Bakı mənimdir – uşaqlığım, gəncliyim, cavanlığım, qocalığım, çılğınlığım, müdrikliyimdir bu şəhər. 

Bakıda sevimli məkan?

Doğulduğum, böyüdüyüm, təhsil aldığım, işlədiyim, dost qazandığım, sevib-sevildiyim, uğurlara imza atdığım məkanların hamısı sevimlidir. Ən sevimliləri isə içində yaşadığım evim və içimdə yaşatdığım yuvam. 

Bakı haqqında hansı mahnı?

Aygün Səmədzadənin Kəmalə Abiyevanın sözlərinə bəstələdiyi və Eyyub Yaqubovun ifa etdiyi “Bakı haqqında nağıl”.

 Bakının aynası necə görünür?

Bəzən dumanlı, bəzən işıqlı, bəzən ləkəli, bəzənsə tərtəmiz. 

Bakıya sualınız?

Adam çox vaxt cavabsız suallarla yaşayır. Nə yerin altı, nə də göyün üstü bizə cavab vermir onsuz da. Yəqin ki, bu da o suallardan biri olar – Salam, Bakı, necəsən? – İçimdən özümün cavabım gələr  – Gördüyün kimi…

Bakıya arzunuz?

Arzum budur ki, onu zədələməsinlər, keçmişini, bu gününü, sabahını qorusunlar. Abadlıq işləri davam etsin, gündən günə gözəlləşsin. Bakıda yaşayanlar Bakını da yaşatsınlar. 

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Qarabağ" futbol klubu UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib.

Ən son

GÜNDƏM

Fevralın 24-də Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb.

GÜNDƏM

Fevralın 24-də Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin