Nəşr edilmişdir 10/22/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Bakının Nərimanov rayonunda Əhmədbəy Ağaoğlu küçəsi təmir olunub

Əhmədbəy Ağaoğlu küçəsi

Bakının Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) təmir olunub.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, təmir işlərinin aparıldığı küçənin uzunluğu 1510 metr, ortalama eni isə 17 metr təşkil edib.
Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Ardınca lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunmuş, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.

Ən son

GÜNDƏM

O, fotoqrafiya ilə də maraqlanıb və bir çox ölkələrə səyahət edib.

GÜNDƏM

O, fotoqrafiya ilə də maraqlanıb və bir çox ölkələrə səyahət edib.