Nəşr edilmişdir 10/18/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakının Nərimanov rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib

Təmiz hava

Nərimanov rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib.
Baki-baku.az-ın Bakı Şəhər DYP İdarəsinə istinadən verdiyi məlumata görə, Nərimanov RPİ-nin DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə rayon ərazisində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində tədbir baş tutub.
Keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparılıb, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bir daha sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələri xahiş olunub.

Təmiz hava
Təmiz hava

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq. Baki-baku.az Maliyyə Nazirliyinə istinadla xəbər

Ən son

GÜNDƏM

 Bakıda 148 nəfər XII sinifdə təhsil alır. Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

GÜNDƏM

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2025-ci il

GÜNDƏM

Hər il olduğu kimi bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çoxlu sayda