Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/22/2026

Paylaşın

GÜNDƏM

Bakının mərkəzində Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb

IMG-20260322-WA0024

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən ölkədə vaxt etalonunun tətbiqi istiqamətində mühüm addım atılıb.

Baki-baku.az xəbər verir ki, Bakının simvollarından biri olan Saat qülləsində (Paraşüt qülləsi) artıq Azərbaycanın Milli Etalon Vaxtı – UTC (AZ) əsasında vaxt göstərilir. Bununla bağlı Bulvar ərazisində, qüllənin yaxınlığında məlumatlandırıcı stend də quraşdırılıb.

Saat qülləsində UTC (AZ)-ın tətbiqi milli vaxt mənbəyinin ictimai məkanlarda istifadəsinin genişləndirilməsi və vaxt sinxronizasiyasının təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir.

Bu nailiyyət AzMİ-nin, xüsusilə Vaxt və tezlik ölçmələri laboratoriyasının həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir və ölkədə vaxt metrologiyasının inkişafına mühüm töhfə verir.

Qeyd edək ki, Milli Etalon Vaxtı – UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures – BIPM) tərəfindən ötən ilin noyabr ayında təsdiq olunub.

Bu isə ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yeni ilin 1 yanvarda başladığına heç kimin şübhə etmədiyi ölkələrdə astronomlar və astroloqlar zamanın hesablanmasına fərqli yanaşırlar

Ən son

GÜNDƏM

Martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa

GÜNDƏM

Martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin