Martın 27-dən başlayan və davam edən intensiv yağışlar nəticəsində paytaxt ərazisində toplanan yağış sularının kənarlaşdırılması istiqamətində işlər davam edir.
Baki-baku.az xəbər verir ki, Arif Heydərov küçəsi ilə Mayakovskiy küçələrinin kəsişməsində, həmçinin Dərnəgül şossesi, “Eurohome”un qarşısında toplanmış yağış suları təmizlənir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, paytaxtın bütün ərazilərində yağış sularının kənarlaşdırılması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərilir. Ərazilər müəyyən edilərək operativ şəkildə təmizləmə işləri aparılır.


