Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/02/2025

Paylaşın

TARİXİMİZ

Bakının küçə satıcıları – Şəhərin köhnə ənənəsi bu gün necə yaşayır?

Küçə satıcıları

Bakı hər zaman özünün rəngarəng küçə həyatına görə seçilib. Bu küçə həyatının ən canlı nümunələrindən biri də satıcılardır. Onlar yalnız ticarətçi yox, həm də şəhərin gündəlik ritminin bir hissəsidir.

Baki-baku.az bu yazıda Bakının küçə satıcılarının keçmiş və bu gündəki fəaliyyətinə toxunur.

Küçə satıcıları

Köhnə ənənənin izi

Əsrlər boyu Bakı bazarları şəhərin sosial mərkəzi olub. Dar məhəllələrdə, geniş küçələrdə satıcıların səsi, səyyar arabalar, yolboyu satılan meyvə-tərəvəzlər və xırda məişət əşyaları bu şəhərin yaddaşına hopub. Xüsusilə sovet dövründə və ondan sonrakı illərdə küçə ticarəti insanların gündəlik ehtiyaclarını təmin edən əsas mənbələrdən biri idi. Küçədən alınan təzə çörək, qatıq, nar və ya balıq çoxlarının uşaqlıq xatirələrinin ayrılmaz hissəsidir.

“Ay müştəri…” ilə başlayan çağırışlar

Müasir Bakı artıq zamanın və iqtisadiyyatın tələblərinə uyğun olaraq, iri ticarət mərkəzləri, supermarketlər və brendlərlə zəngindir. Amma bütün bunlara baxmayaraq, küçə satıcıları hələ də mövcudluğunu saxlayıb. Əsasən payız və yaz aylarında küçə kənarında fındıq-fıstıq, təzə nar və ya göyərti satan insanlara rast gəlmək mümkündür. Onlar şəhərin sürətli ritmi içində sanki ənənənin qoruyucularına çevriliblər.

Bir çox sakinlər üçün küçədən alınan məhsullar həm daha təzə, həm də daha səmimi münasibətin rəmzidir. Küçə satıcısı ilə alıcı arasında qısa, amma doğma dialoqlar çox vaxt sadəcə alış-veriş deyil, gündəlik həyatın bir hissəsi kimi yaşanır. Təbii ki, bu doğmalığa satıcaların küçədən keçən insanları “ay müştəri…”, – deyə səsləməsi də daxildir

Müasir Bakıda küçə satıcılarının mövcud vəziyyəti

Müasir Bakı həm iqtisadi, həm də zamanın tələblərinə uyğun böyüyür və gözəlləşir. Bu isə özlüyündə yeni yanaşmalar gətirir. Əvvəlki dövrlə müqayisədə hazırda paytaxtda kifayət qədər obyektlər var və insanlar öz məhsullarını dükanlarda sataraq paytaxtın iqtisadiyyatına töhfə verirlər. Bir sözlə əvvəlki iqtisadi çətinlik yoxdur, hər kəs məhsullarını şəxsi və icarə obyektlərində satıb gəlir əldə edə bilərlər. Lakin bəzi işbazların küçə ticarətini icarə haqqı ödəməmək, daha çox mənfəət əldə etmək üçün fürsət bilməsi, həmçinin gözəlləşən paytaxtda küçə ticarətinin şəhərin estetik görünüşünü bir çox hallarda pozması, antisanitariya şəraitinin yaradılması bu məsələdə bir sıra məhdudiyyətləri zəruri edib. Hazırda küçə ticarəti qanunvericiliyin tələbləri əsasında həyata keçirilir və bu ənənə qaydalar çərçivəsində özünü yaşadır. Bakı sakinləri və şəhərə gələn qonaqlar küçə satıcılarının yaratdığı həmin canlı atmosferi sevə-sevə qəbul edirlər.

Küçə satıcıları Bakının yalnız iqtisadi həyatının yox, həm də mədəni yaddaşının bir hissəsidir. Onlar keçmişlə bu günü birləşdirən görünməz körpü rolunu oynayır. Əgər böyük ticarət mərkəzləri Bakının müasirliyini təmsil edirsə, küçə satıcıları şəhərin qədim simasını yaşadan canlı şahidlərdir.

Elvin Camalov

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı hər zaman özünün rəngarəng küçə həyatına görə seçilib.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin