Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/11/2025

Paylaşın

GÜNDƏM

Bakının İnşaatçılar prospektində mikromobillik zolağı təşkil edilir

IMG-20251111-WA0014

Bakının Yasamal rayonunun İnşaatçılar prospektində mikromobillik zolağı təşkil edilir.

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, daha öncə Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsində təşkil edilən mikromobillik şəbəkəsi uzadılır və hazırda işlər İnşaatçılar prospektində aparılır.

İnşaatçılar prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinə kimi mikromobillik zolağı yaradılarkən hərəkət zolaqlarının ölçüləri standartlara uyğunlaşdırılıb və sayı dəyişməz olaraq qalıb.

Bildirilib ki, bu prospektdə aparılan təhlillər nəticəsində piyadaların rahatlığı və təhlükəsizliyi üçün tələbat olan yerlərdə yeni eynisəviyyəli piyada keçidləri də təşkil olunacaq. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının quraşdırılmasına başlanılacaq.

Növbəti mərhələdə mikromobillik zolaqlarının davamlılığının təmin edilməsi və şəhərin mərkəzi küçələrində mövcud olan zolaqlarla əlaqələndirməsi nəzərdə tutulur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir ki, AYNA tərəfindən keçirilən müsabiqənin nəticəsinə əsasən, artıq yeni

Ən son

GÜNDƏM

Bu ilin fevral ayı ərzində Bakı şəhəri üzrə mikromobillik vasitələri 219 412 dəfə sifariş olunub.

GÜNDƏM

Bu ilin fevral ayı ərzində Bakı şəhəri üzrə mikromobillik vasitələri 219 412 dəfə sifariş olunub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin