Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/09/2026

Paylaşın

GÜNDƏM

Bakının iki rayonunda piyada səkisinin ləğvinin qarşısı alınıb – EKSKLÜZİV

WhatsApp Image 2026-01-09 at 15.21.43

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq paytaxt Bakı şəhərində piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması əsas prioritetlərdən biri kimi müəyyən olunub.
Lakin görülən işlərə baxmayaraq, bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən piyada infrastrukturu ilə bağlı qanun pozuntularına yol verildiyi müşahidə olunur. Belə ki, piyada səkilərinin zəbt edilməsi və ya tamamilə ləğv olunması cəhdləri müşahidə edilir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir və belə halların qarşısı dərhal alınır.
Baki-baku.az xəbər verir ki, bu cür hallardan biri Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində qeydə alınıb. Sözügedən ərazidə inşa olunan yaşayış binasının ətrafında tikinti şirkəti tərəfindən piyada səkisinin qanunsuz şəkildə ləğvinə cəhd edilib və bu da piyadaların hərəkətində ciddi çətinliklər yaradıb. Digər belə hal isə Xəzər rayonu, Binə qəsəbəsi Əli İsazadə küçəsində qeydə alınmışdır, belə ki burada piyada səkisini ləğv edərək parkinq ərazisinə giriş təşkil etməyə cəhd göstərilib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkiləri bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.
Qeyd edək ki, son illər Bakıda piyadalaşma siyasəti geniş miqyas alıb. Şəhərin müxtəlif ərazilərində piyada zonalarının artırılması, səkilərin genişləndirilməsi və ictimai məkanların yenidən təşkili istiqamətində işlər davam etdirilir. Baki şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də monitorinqlər keçirilərək bu kimi neqativ hallara qarşı tədbirlərin görüləcəyi bildirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:

Ən son

GÜNDƏM

Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata

GÜNDƏM

Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin