Nəşr edilmişdir 04/27/2025

Paylaşın

GÜNDƏM

Bakının iki küçəsinin kəsişməsində hərəkət müvəqqəti məhdudlaşdırıldı

Hərəkət, Yasamal rayonu, nəqliyyat, AAYDA

Bakı şəhəri, Yasamal rayonunda Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləri aparılır.

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. Hazırda ərazidə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

Bununla əlaqədar olaraq qeyd olunan kəsişmədə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifafə etmələri xahiş olunur.

Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Mayın 31-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib

Ən son

GÜNDƏM

Hər il 1 iyun tarixində dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.

GÜNDƏM

Hər il 1 iyun tarixində dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.