Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/25/2025

Paylaşın

GÜNDƏM

Bakının Elşən Süleymanov küçəsində təmir işləri yekunlaşmaq üzrədir

Elşən Süleymanov küçəsində, Elşən Süleymanov küçəsi, AAYDA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində təmir işlərini yekunlaşdırmaq üzrədir.
Baki-baku.az agentliyə istinadən xəbər verir ki, sözügedən hissənin uzunluğu 950, eni 12.2 metrdir.
Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası işləri aparılıb. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra olunacaq.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb