Sabah saat 08:00-dan sentyabrın 25-i saat 00:00-a qədər Bakının Yasamal rayonunun Cəfər Cabbarlı küçəsində – Abbasqulu Ağa Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan yol sahəsində qısa müddətlik tam məhdudlaşdırılacaq.
Bakı-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
“Sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik”, – deyə məlumatda qeyd olunub.