Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/18/2025

Paylaşın

GÜNDƏM

Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

“Qum adası-Bayramzadə İEM” magistral qaz kəmərində, “Bahar” QTM-də və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar bu gün Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Təmir işləri görülən müddətdə Xətai rayonunun Müşfiq qəsəbəsinin və Zavod küçəsinin, Suraxanı rayonunun Hövsan qəsəbəsinin, Bahar, Dədə Qorqud, Sahil, Zığ bağları yaşayış massivlərinin və MİDA-1, MİDA-2 yaşayış komplekslərinin, Yasamal rayonunda isə A.M.Şərifzadə, H.Abbasov, M.Seyidov, Ə.Əhmədov, İ.Zülalov, N.Hikmət, X.Dadaşov, X.Mustafayev, V.Əliyev, Z.Kərimov, Ş.M.Xiyabani, D.Bünyadzadə küçələrində qaz kəsiləcək.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb