Nəşr edilmişdir 01/07/2025

Paylaşın

GÜNDƏM

Bakının ən sevimli mütaliə məkanları

Kitabxana, mütaliə

“Yaxşı kitab çox qiymətli xəzinədir”, deyib Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabi. Biz də Bakıdakı ən qiymətli xəzinələrə bir yerdə səfər etmək istədik.
İlk olaraq kitab oxumaq üçün baş çəkiləsi yer, əlbəttə ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasıdır. Milli Kitabxana 1923-cü ildə yaradılıb və hazırda Azərbaycanın ən böyük kitabxanası olmaqla yanaşı, Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir. Kitabxananın ümumi fondunda mühafizə olunan sənədlərin sayı təqribən 5 milyon nüsxəyə yaxındır.
Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır.
Qeyd edək ki, kitabxananın dövri mətbuat fondunda 1000 adda Azərbaycan dilində qəzet, 427 adda rus və digər SSRİ xalqları dilində olan qəzet, bundan başqa, 696 adda Azərbaycan və 1439 adda rus dilində jurnal, 718 adda 40-a yaxın xarici dildə jurnal və 50 addan çox qəzet, həmçinin ümumilikdə 53 550 qovluq qəzet və 1 416 000 nüsxə jurnal saxlanılır. Ümumilikdə kitabxana fondunda 4 milyon 513 min çap məhsulu var.
Hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir.
Ünvan: Xəqani küçəsi 79.

Azərbaycan Milli Kitabxanası, mütaliə məkanı

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası isə gənclərin ən sevimli məkanlarından biridir. Kitabxana 1928-ci ildən fəaliyyətə başlayıb. Kitabxananın fondu klassik və müasir Azərbaycan, dünya ədəbiyyatı, lüğət və ensiklopediyalarla, dərsliklərlə, elmi-populyar və məlumat ədəbiyyatları ilə daim zənginləşdirilir. Kitabxananın fondu ümumilikdə 132 min 399 nüsxə ədəbiyyat təşkil edir.
Gənclər kitabxanası statusunu daşıyan kitabxananın oxucu kontingentini əsasən 13-21 yaş həddində gənclər təşkil etməklə yanaşı, çoxsaylı istifadəçilərin arasında müəllimlər, tərbiyəçilər, müxtəlif sənət, peşə adamları, qulluqçular, təqaüdçülər də vardır. 2014-cü ildə kitabxana 13 min 503 nəfər oxucuya xidmət göstərib.
Kitabxananın fondunda 132 min 399 nüsxə kitab, 2 min 382 CD və DVD vardır. Kitabxananın Elektron kataloquna 11 min 900 kitab, 186 CD və DVD daxil edilib. Elektron kitabxanada olan kitabların sayı 200 yaxındır.
Hazırda kitabxana 9 şöbədən ibarətdir.
Ünvan: Nəriman Nərimanov küçəsi 203.

Cəfər Cabarlı adına Respublika Gənclər Kitabxanası, mütaliə, kitab

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası uşaqlar üçün yaradılan ən gözəl məkanlardan biridir. Kitabxana 1965-ci ildə yaradılıb.
Hazırda kitabxananın fondunda 270 mindən çox kitab var. 18 mindən çox oxucusu, 25 min 800 virtual oxucusu var.
Kitabxana nəinki kitabları, jurnalları, vəsaitləri ilə, həmçinin rəngarəngliyi, gözoxşayan interyeri ilə də insanı valeh edir. Qeyd etmək lazımdır ki, kitabxana uşaqlar üçün nəzərdə tutulsa da, bura böyüklərin ziyarəti də az olmur.
Ünvan: Səməd Vurğun küçəsi 88.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, kitab, mütaliə

Bakının müasir, rahat və eyni zamanda kitabla zəngin ən gənc məkanı isə “Baku Book Center”dir (Bakı Kitab Mərkəzi). Mərkəz 2018-ci ildən rəsmi olaraq fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış Mərkəz kitab satışına yeni bir yanaşma gətirərək, Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə müxtəlif janrlarda kitablar təqdim edir.
“Baku Book Center”də kitabsevərlərin asudə vaxtlarını keçirmələri üçün əlavə imkanlar da var. Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçılar, şairlər və sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaqlarda mütaliəyə marağı artırmaq məqsədilə tanınmış şəxslərin iştirak etdiyi “Oxu saatları” və beynəlxalq təşkilatlar, eləcə də xarici səfirliklərlə birgə təşkil olunan tədbirlər keçirilir.
Mərkəzdə həm kitab almaq, həm də qəhvə içərək kitab oxumaq mümkündür. Əminlikdə qeyd etmək olar ki, bu məkan gənclərin, eləcə də yaşlı nəslin özünü ən rahat və xoşbəxt hiss etdiyi mütaliə mərkəzidir.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi 5.

Baku Book Center, Bakı Kitab Mərkəzi, oxucu, mütaliə

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İçəri Şəhərdə hər addımbaşı pişiklərə rast gəlmək olar. Onlar sanki şəhərin qədim sakinləri- əsrlərin sözsüz şahidləri və keçmiş

Ən son

GÜNDƏM

Nərimanov Rayon İcra Hakimiyyəti “Şəhriyar” parkı adlandırılan ərazidəki restoran binasının sökülməsi məsələsinə aydınlıq gətirib.Nərimanov Rayon

GÜNDƏM

Vətəndə Vətənsizliyin, didərginliyin ünvanı Görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı polkovnik-komissar Əziz Məmmədkərim oğlu

GÜNDƏM

“Birbank” mobil tətbiqindən isitifadə edilən “BakıKart” QR biletləri üzrə vətəndaşların hesablarına qaytarılan vəsait yanvarın 10-dək