“Bakı Metropoliteni” 1967-ci il 6 noyabrdan bəri fəaliyyət göstərir. İlk xəttin uzunluğu 6,5 km olub və 5 stansiyadan ibarət olub. Hazırda isə metronun ümumi uzunluğu 40 km-dən çoxdur və 3 əsas xətdən ibarətdir :
1.Qırmızı xətt (Xətai-İçərişəhər)
2.Yaşıl xətt (Dərnəgül-Həzi Aslanov)
3.Bənövşəyi xətt (Avtovağzal-8 Noyabr)
1.“Həzi Aslanov” stansiyası iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Azərbaycan xalqının şanlı oğlu Həzi Aslanovun adını daşıyır. Qırmızı xəttin günümüzə qədər istifadəyə verilmiş sonuncu stansiyasıdır. 2002-ci ilin 10 dekabrı ilk sərnişinlərini qəbul etmişdir. Stansiya milli memarlıq ənənələrinə xas olan minarə üslublu dördbucaq sütunlar üslubundadır. Bu stansiya özündə müstəqillik dövrünün ab-havasını əks etdirir. 2024-cü il noyabrın 30-undan bəri “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb.
2.“İçərişəhər” stansiyası isə qırmızı xəttin ilk stansiyasıdır. Əvvəllər bu stansiya
“Bakı Soveti” adı ilə tanınırdı, lakin 25 aprel 2007-ci ildə stansiyanın adı dəyişdirilib “İçərişəhər” adı qoyulmuşdur. Bu stansiya özünəməxsus memarlıq üslubu və mərmər daşlar üzərində olan rəsmləri ilə diqqəti cəlb edir. Bir neçə dəfə burda təmir və modernləşmə işləri aparılmışdır. Stansiyanın dizaynında Azərbaycan memarlıq üslubunun elementləri qorunub saxlanılmışdır. Bu stansiya Bakı Metropoliteninin ən mühüm nəqliyyat qovşaqlarından biridir.
“İçərişəhər” stansiyası Bakı metrosunun simvolik başlanğıc nöqtələrindən biri olmaqla yanaşı, həm də şəhərin mədəni və tarixi həyatında mühüm rol oynayır.
Şəhərin əsas turistik və tarixi məkanlarına yaxın yerləşməsi, onu həm sakinlər, həm də turistlər üçün vacib bir nəqliyyat məntəqəsinə çevirir.
3.“Nizami” stansiyası 31 dekabr 1976-cı ildən bəri fəaliyyətdədir. Bu stansiya öz memarlıq üslubunun unikallığı ilə seçilir. Bu stansiya Azərbaycan ədəbiyyatının nümayəndəsi olan dahi şair, yazıçı, “Xəmsə” adlı beş poemanın müəllifi Nizami Gəncəvinin adını daşıyır. Bildiyimiz kimi Nizami Gəncəvinin “Xəmsə” – sinin daxilində 5 poema vardır: “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “ Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndərnamə”. Stansiyada moziakalarla bu əsərlərdən fraqmentlər öz əksini tapmışdır. Bənzərsiz sənət əsərləri ilə birlikdə Nizami Gəncəvinin də rəsmi moziaka ilə divarda əks olunmuşdur. Stansiya 2018-ci ildə əsaslı təmir olunub. “Nizami” stansiyası təkcə nəqliyyat qovşağı deyil, həm də bənzərsiz bir sənət əsəridir. Onun memarlıq üslubu və estetik görünüşü onu Bakı metrosunun ən gözəl stansiyalarından biri edir. Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi Nizami Gəncəvinin adını daşıması və onun əsərlərini əks etdirməsi bu stansiyanı “Bakı Metropoliteni”- nin ən gözəl stansiyalarından biri edir.
4.“8 Noyabr” stansiyası Respublikamızın zəfərinin rəmzidir. Stansiya 29 may 2021-ci ildə istifadəyə verilmişdir və Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin şərəfinə adlandırılmışdır. Bənövşəyi xəttin stansiyasıdır. Metronun gələcək inkişafında önəmli yeri olan stansiyadır. “8 Noyabr” stansiyası Bakı metrosunun ən müasir dizayna malik stansiyalarından biridir.
Burada açıq və geniş platformalar, yüksək tavanlar, müasir işıqlandırma sistemləri və futuristik üslublu interyer diqqət çəkir. Stansiyanın divarlarında və ümumi dizaynında Vətən müharibəsi və Zəfər gününü simvolizə edən elementlərə xüsusi yer verilib. Müasir dizaynı, təhlükəsizlik sistemləri və rahatlığı ilə bu stansiya paytaxtın yeni nəqliyyat sistemlərinin əsas hissələrindən biri olacaqdır.
5.“Xocəsən” stansiyası 23 dekabr 2022-ci ildə istifadəyə verilmişdir. “Bakı Metropoliteni” – nin sayca 27-ci stansiyası və 2-ci yerüstü stansiyasıdır. Bu stansiyanın tikinti işlərinə 2014-cü ildə başlanılmışdır. Bənövşəyi xəttin 4-cü stansiyasıdır. Stansiya 2 mərtəbəlidir və Çingizxan küçəsi 55-də yerləşir. Qapalı və açıq gözləmə zalları, xidməti personalın otaqları platforma səviyyəsindədir.
Xüsusi çətir stansiya yolunu, platforma və platformaaltı infrastrukturu açıq hava şəraitinin təsirlərindən qoruyur.
Bu stansiyalardan əlavə 22 stansiya daha var, buna baxmayaraq, “Bakı Metropoliteni” hələ də inkişaf etməkdədir. Daha yeni 50-dən çox stansiyaların yaradılması nəzərdə tutulmuşdur. Gələcəkdə isə Bakı metrosunun 5 ayrı xətdən ibarət olması planlaşdırılır : “Yaşıl”, “Qırmızı”, “Sarı”, “Bənövşəyi” və “Mavi”.
“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun verdiyi məlumata görə, 2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metropoliten stansiyasının tikilərək təhvil verilməsi planlaşdırılır. Bu stansiyalardan 4-ü kəsişmə stansiyası olacaq.
Bu inkişaf planları “Bakı Metropoliteni”-nin əhatə dairəsini genişləndirərək şəhər sakinlərinin və qonaqlarının rahat və səmərəli nəqliyyat xidmətlərindən istifadə etməsinə şərait yaradacaq.