Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2025

Paylaşın

MEMARLIQ

Bakını dəyişən memar – “Nizami” kinoteatrından Nazirlər Kabinetinə – FOTO

319E901B-F1B2-4567-BEBE-37643E5178D7

Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri olan Sadıq Ələkbər oğlu Dadaşov cəmi 41 illik ömrünə baxmayaraq, ölkənin memarlıq salnaməsində dərin iz buraxıb.

Baki-baku.az xəbər verir ki, onun layihələri bu gün də Bakının simasını formalaşdıran əsas memarlıq nümunələri sırasında qalmaqdadır.

Dadaşovun müəllifi olduğu tikililər arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (1932), Azərbaycan Texniki Universitetinin (1935) binaları, “Nizami” kinoteatrı (1934), Bakı Musiqi Akademiyası (1936), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi (1940), eləcə də Nazirlər Kabinetinin inzibati binası (1938–1941) xüsusi yer tutur. O həmçinin 1939-cu ildə Moskvada Azərbaycan pavilyonunun layihələndirilməsində də iştirak edib.

Memar heykəltəraşlıq layihələri ilə də tanınır. Onun müəllifi olduğu Nizami Gəncəvinin Gəncədə (1946) və Bakıda (1949) qoyulmuş abidələri milli mədəni irsin dəyərli nümunələri sayılır.

Sadıq Dadaşov bir çox layihələrdə görkəmli memar Mikayıl Hüseynov ilə birlikdə çalışıb. Onların ortaq yaradıcılığı milli memarlıq üslubunun qorunub saxlanması və inkişafında mühüm rol oynayıb.

Memarın adı bu gün də yaşadılır. Onun adını daşıyan Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu fəaliyyət göstərir. Bundan əlavə, 8 oktyabr 2022-ci il tarixli Prezident Sərəncamı ilə Bakıda Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması qərara alınıb.

Qısa, lakin məhsuldar ömür yaşayan Sadıq Dadaşovun əsərləri milli memarlıq ənənələrini müasir dünya memarlıq təcrübəsi ilə birləşdirərək, Azərbaycan memarlığının inkişafına əvəzsiz töhfələr verib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В мире музыки существуют инструменты, чьи звуки словно касаются человеческой души, будто доносятся из запредельного мира

Ən son

HƏR ŞEYDƏN

Yeni biliklərə maraq demensiya riskini azaldır.

HƏR ŞEYDƏN

Yeni biliklərə maraq demensiya riskini azaldır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin