Nəşr edilmişdir 10/16/2024

Paylaşın

MEMARLIQ

Bakının həyat dərsləri

Qız Qalası

Bakımızın rəmzi sayılan Qız Qalası haqqında çoxsaylı əfsanələr və rəvayətlər var. Zaman-zaman onları toplayıb ayrıca kitab halında çap etdirməyi düşünmüşəm deyə bir sıra əfsanələri və əhvalatları müxtəlif mənbələrdən əldə etmişəm. Həmin əfsanə və rəvayətlərin bəziləri bir-birini təkrarlasa da, əksərinin süjeti başqalarından seçilir.

Əvvəla deyim ki, həmin əfsanələr arasındakı fərqlər həm də Bakımızın ayrı-ayrı dövrlərdəki mənzərələrini, həyatını, güzəran qayğılarını nəzərimizdə fərqli şəkildə canlandırır.

 Bəzi əfsanələrə görə Qız Qalası Xəzər gölünün içində olub, eynən İstanbuldakı Qız Qülləsi kimi. Zamanla iqlim dəyişkənliyi ilə bağlı gölün suları azalıb və nəticədə Qız Qalası “sahilə çıxıb”.

Bəzi əfsanələrdə isə qeyd olunur ki, Xəzər gölü Qız Qalasının ətrafındakı qayaları yuyurmuş…

Bir sıra əfsanələrsə soraq verir ki, Qız Qalası dənizdən indikindən də uzaq məsafədə yerləşibmiş. Dəniz zamanla sahilə sarı “irəliləyib”.

Əlbəttə, əsl həqiqət onlarla fərqli təfəkkür məhsulu olan əfsanələr arasında əriyib-itərək tarixin uzaqlarında qalıb. İndi o uzaqlara əlimiz çatmır.

Qız Qalası

Bu yazımda o əfsanələrdən ikisi haqqında danışmaq istəyirəm. Mənə elə gəlir ki, bu əfsanələr Qız qalası haqqındakı əfsanələrin ən həyatisidir və günümüzdə motivasiya, həvəs qıtlığı probleminin az qala bəşəri müşkül səviyyəsinə qalxdığı bir dönəmdə bu əfsanələr aktual məzmun daşıyır.

Deyilənə görə, Qız Qalasının Xəzərin lap sahilində yerləşdiyi əyyamlar imiş və mavi ləpələr qalanın ətrafındakı qayaları yuyurmuş. Belə zamanlarda eşqə düşən cavan oğlanla qız qalanın yaxınlığında görüşərlərmiş. Oğlan dənizdəki adalardan birində yaşayırmış və sevgilisi ilə görüşmək üçün hər dəfə kilometrlərlə yolu üzə-üzə gəlirmiş. Bu hal illərlə təkrarlanırmış. Amma günlərin birində oğlan yenə üzə-üzə sevgilisinin görüşünə gələndə hiss edir ki, qolları, ayaqları ağırlaşır, üzməyə heyi-amanı qalmayıb. Düşünür ki, yəqin daha sevgilimi əvvəlki kimi sevmir, eşqi azalıb, məhəbbəti asta-asta tükənməyə başlayıb. Bu həqiqəti dərk edəndən sonra gələcəkdə eşqsiz yaşamağın onunçün heç bir əhəmiyyət kəsb etməyəcəyini anlayıb qollarını astaca boşlayaraq Xəzərin çılğın dalğalarının qoynunda sulara qərq olur. Azğın dalğalar meyiti sahilə gətirəndə sevdiyi oğlanı sahildə gözləyən qız bu acı aqibətdən sarsılır və özünü qayadan ataraq canına qəsd edir. Bu sevgidən halı olanlar onları yanaşı dəfn edirlər.

Bu əfsanədə ibrətamiz olan odur ki, doğrudan da, insan həqiqətən sevəndə heç zaman yorulmur, gücü tükənmir, ancaq eşq azalandasa insanın canında əvvəlki qüvvət, tab qalmır. Yorğunluq, süstlük fiziki hadisə olmaqdan daha çox, eşqin, həvəsin azlığına dəlalət edən məsələdir. Ona görə də işini, həyatını, insanları sevənlər çox zaman yorulmurlar, gücləri tükənmir.

 Bu nəql etdiyim əfsanə Qız Qalası ilə bağlı oxşar əfsanələrdən biridir. Digər əfsanəsə belədir ki, daim yaşadığı adadan üzə-üzə sevgilisinin görüşünə gələn oğlan günlərin birində fərqinə varır ki, aşiq olduğu qız daha ona əvvəlki sayaq gözəl təsir bağışlamır. Yorulduğu üçün daha irəliləyə bilmir və nəticədə suya qərq olur. Bu ölüm hadisəsindən xəbərdar olan qız özünü qaladan ataraq həyatına son qoyur. Doğrudan da, insan haçansa məftun olduğunu düşündüyü insanı sonradan əvvəlki sayaq sevmədiyini anlayanda onun eybləri onun gözünə daha bariz görünür. Lev Tolstoyun “Anna Karenina” romanında maraqlı bir yer var. Deməli, Mosk­­va­­dan evə qa­­yı­­dan An­­na qa­­tar­­dan enən­­də fikir verir ki, əri­­nin qu­­laq­­la­­rı qə­­ri­­bə şə­­kil­­də şiş durub. Bu eybəcər qulaqları o heç cür fikrindən çıxar bilmir və buna görə ərinə qarşı ikrah hiss duyur. İn­­san həqiqi məhəbbətlə se­­vən­­də qar­­şı tə­­rə­­fin cis­­ma­­ni har­­mo­­ni­­ya­­sı­­nı, mütə­­na­­sib­­li­­yi­­ni, eşqi tükənəndə isə ey­­bləri­­ni görür. Çünki qarşı tərəfi sev­­mə­­yən­­də insanın qəlbin­­də har­­mo­­ni­­ya ol­­mur. An­­na da əri­­nə ba­­xan­­da har­­mo­­ni­­ya duy­­a bilmir. İn­­san da­­im har­­mo­­ni­­ya­­ya can atan varlıqdır, əgər o harmoniya yox­­dur­­sa, onu ne­­cə­­sə ya­­rat­­maq is­­tə­­yir. Mə­­sə­­lən, in­­san öz ge­­yim­­lə­­ri­­ni öz ru­­hi har­­mo­­ni­­ya­­sı­­na uy­­ğun alır, evi­­nin daxilini zövqünə uy­­ğun bə­­zə­­yir. An­­na əri­­ni sev­­mir de­­yə hə­­yat yol­­da­­şı­­nın cis­­ma­­ni eyib­­lə­­ri onun nə­­zər-diq­­qə­­ti­­ni da­­ha çox cəlb edir.

Qız Qalası

Qız Qalası haqqındakı hər iki sevgi əfsanəsi bizə əbədiyyətin, daimi sevginin düsturunun tükənməz, azalmaz məhəbbətlə bağlı olduğunu göstərir. Bakı öz simvolu sayılan Qız Qalası ilə insanlarda əbədi sevgi hissi aşılayır…

Fərid Hüseyn

Related Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin

Ən son

GÜNDƏM

Bu gündən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC təşkilatçılığı ilə Bakıda sayca

GÜNDƏM

Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” QSC-yə sədr təyin edilib.Baki-baku.az xəbər verir ki, bununla bağlı

GÜNDƏM

Dekabrın 20-də Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın anadan olmasının 85 illik