Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/14/2025

Paylaşın

GÜNDƏM

“BakıKart” bloklanan zaman vətəndaşlara xəbərdarlıq etmir, ancaq pul yükləyərkən qəbul edir – ŞİKAYƏT

IMG-20250814-WA0106

Bloklanmış “BakıKart” yükləmə zamanı ödənişləri qəbul edərək vətəndaşı aldadır.
Baki-baku.az xəbər verir ki, bu barədə kartı bloklanan vətəndaşlar şikayət edir.
Onlar bildirir ki, bir müddət istifadəsiz qalan kart bloklanan zaman heç bir xəbərdarlıq daxil olmur:
“Bunu bilmədiyimiz üçün isə karta pul yükləyirik. Bloklanmış kart ödənişi qəbul edir, amma turniketə yaxınlaşanda, yaxud avtobusda istifadə edərkən kartın bloklandığı məlum olur”.
Vətəndaşlar “BakıKart”ın pul yeklənməsi zamanı aktiv, ancaq istifadə zamanı bloklanmış olmasından narazılıq edirlər. Hər avtobus dayanacağında “BakıKart” terminallarının olmamasının isə onlar üçün problem yaratdığını, yenidən kart alıb qayıtmağa zaman olmadığını və başqa vətəndaşların kartından istifadə etməyə məcbur qaldıqlarını bildirirlər.
Mövzu ilə bağlı qarşı tərəfin də fikrini paylaşmağa hazırıq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a Bakı Şəhər Yaşıllaşdırma Birliyindən açıqlama verilib.