Nəşr edilmişdir 06/03/2025

Paylaşın

GÜNDƏM

Bakıdan Təbrizə birbaşa aviareyslər açılır

Bakıdan Təbrizə, Təbriz, Tehran, İran İslam Respublikası, İran, AZAL, Təyyarə, Aviareys

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) marşrut şəbəkəsini genişləndirərək iyunun 15-dən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq.
Baki-baku.az AZAL-a istinadən xəbər verir ki, biletlər bu gün ərzində artıq satışa çıxarılacaq.
Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını genişləndirir, mədəni və iqtisadi əlaqələrin inkişafına şərait yaradır.
Qeyd edək ki, AZAL eyni zamanda İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərin sayını artırır. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Film sənayesi” sözünü eşidəndə əksəriyyətimizin zehnində dərhal parlaq Hollivud işıqları canlanır.

Ən son

GÜNDƏM

Hər il iyunun 4-də dünyada Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.

GÜNDƏM

Hər il iyunun 4-də dünyada Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.