Nəşr edilmişdir 04/22/2025

Paylaşın

GÜNDƏM

Bakıdan Şımkentə uçuşların vaxtı məlum olub

Bakıdan Şımkentə, Şımkent, Bakı-Şımkent-Bakı, AZAL, Qazaxıstan, Təyyarə

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək iyun ayından etibarən Bakıdan Şımkentə müntəzəm uçuşlara başlayacaq.

Baki-baku.az AZAL-a istinadən xəbər verir ki, Qazaxıstanın cənubunda yerləşən bu şəhərə ilk aviareys iyunun 28-də həyata keçiriləcək.

Bakı-Şımkent-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə – Bakıdan Şımkentə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Şımkent turistləri unikal memarlıq abidələri, qədim məqbərələri və gözəl parkları ilə cəlb edir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az AZAL-a istinadla xəbər verir ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Ən son

MEMARLIQ

Bakı şəhərinin tarixi memarlıq baxımından böyük əhəmiyyətə malik məkanları sırasında Dənizkənarı Milli Parkın adı iftixar

MEMARLIQ

Bakı şəhərinin tarixi memarlıq baxımından böyük əhəmiyyətə malik məkanları sırasında Dənizkənarı Milli Parkın adı iftixar