Nəşr edilmişdir 06/13/2025

Paylaşın

GÜNDƏM

Bakıdan daha 3 istiqamətə aviareyslər ləğv edilib

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarını təhlükəsizlik səbəbindən bağlaması ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 13-nə planlaşdırılan üç reys ləğv edilib.
Baki-baku.az bu barədə aviaşirkət istinadən xəbər verir.
Məlumata görə, Bakı-Lahor-Bakı (J2 145/146), Bakı-Mumbai-Bakı (J2 059/060) və Bakı-Dammam-Bakı (J2 8205/8206) reysləri ləğv edilib.
“AZAL uçuşların təhlükəsizliyini prioritet hesab edərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri baş verən yeniliklər barədə operativ şəkildə məlumatlandıracaq”, – məlumatda deyilir.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hər bir xalqın qurtuluş və zəfər tarixini özündə ehtiva edən elə günlər olur ki, onun həyatını dəyişir

Ən son

GÜNDƏM

Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng"lə bağlı xəbardarlıq edib.

GÜNDƏM

Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng"lə bağlı xəbardarlıq edib.