Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/29/2025

Paylaşın

MEMARLIQ

Bakıdan bir xətt – Paralel küçələrin hekayəsi

Bakı… Səhər günəşinin Xəzər dalğalarına yansıdığı, küləyin qızılı saçları oynadan insanlarla dolu bir şəhər. Burada hər küçənin, hər daşın öz sözü, öz xatirəsi var. Amma şəhərin köhnə hissəsində, Şamaxinka yolundan başlayıb Nərimanov prospektinə qədər uzanan Paralel küçələr, Bakı tarixinin sanki bir xəritəsini çəkir. 1918-ci ilin əvvəlinə qədər Şamaxinka rayonunun strukturu həmçinin həmin bu paralel küçələrlə müəyyən edilirdi. Bu yeddi küçə özündə yaranandan gündən bu günə kimi şəhərin yaddaşı, insanlarının arzuları və talelərinin izlərini saxlayır. 

XIX əsrin sonlarında məskunlaşmağa başlayan bu küçələr arasında Cəfər Cabbarlı küçəsi öz memarlığı və möhkəmliyi ilə seçilirdi. Bu gün “Nizami” metrosunun üstündə yerləşən bu küçənin fasadları yenidən təmir olunur, köhnə Şamaxinka isə yenidən doğulmuş kimi abadlaşdırılır. Lakin bir vaxtlar burada dar, birmərtəbəli evlər, dağılmış yollar və yeraltı suların üzərindən axan kanalizasiya vardı. Şəhər kasıb təbəqəsinin yaşadığı o dar küçələrə yarananda ad verilməyib. Sadəcə bir-birinə paralel olduğu üçün nömrələr qoyularaq “Paralel” deyilib.

İndi isə Paralel küçələrdə çoxmərtəbəli binalar, işıqlı küçələr, supermarketlər, təhsil müəssisələri və müasir infrastruktur fəaliyyət göstərir. Hər addımda keçmişlə bu günün iç-içə keçdiyi bir məkan – Bakı şəhərinin tarixi ilə müasirliyi görüşdürən bir xətt.

1-ci Paralel – Əlibəy Hüseynzadə

Əvvəllər İskrovski adlanan bu küçə bolşeviklərin “İskra” qəzetinin çap olunduğu mətbəəsi ilə məşhur idi. Sovet dövründə muzeyə çevrilmiş bina bu gün də mövcuddur, amma mətbəə artıq fəaliyyət göstərmir. Azərbaycanın müstəqilliyini elan etməsindən sonra küçə Əlibəy Hüseynzadə adı ilə tanındı. Hüseynzadə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının müəllifi, filosof, həkim və rəssam idi. 1908-ci ildə Azərbaycanın ilk operası “Leyli və Məcnun”un hazırlanmasında yaxından iştirak edib.

2-ci Paralel – Balababa Məcidov

Bu küçə Balababa Məcidov adı ilə tanındı. Balababa Məcidov Mikrobiologiya, Epidemiologiya və Gigiyena İnstitutunun direktoru, professor və elm xadimi olub. Bir neçə il əvvəl isə rekonstruksiya layihəsi çərçivəsində küçə yenidən abadlaşdırıldı və genişləndirildi.

3-cü Paralel – Mahmud Abilov

Post-sovet dövrdə küçəyə hərbi xadim, general-mayor Mahmud Əbilovun adı verildi. M.Əbilov 2 dəfə “Qızıl Ulduz bayrağı”, 2-ci dərəcəli “Kutuzov” ordenləri ilə təltif edilib. 

4-cü Paralel – Subhi Salayev

Sovet dövründə bu küçə Hüseyn Cavidin adı ilə tanınırdı. Cavid XX əsr Azərbaycan ədəbiyyatında böyük rol oynamış, əsərlərində fəlsəfi lirika və insanpərvərlik mövzularını əks etdirmişdir. Repressiyaya məruz qalan Cavid düşərgədə vəfat etmiş, qalıqları 100 illiyinə Naxçıvanda yenidən dəfn edilmişdir. Bu gün küçə tanınmış neftçi-alim Subhi Səlayevin adını daşıyır.

5-ci Paralel – Fuad İbrahimbəyov

Sovet dövründə Nikolay Qamaleyin adı ilə tanınan küçə bu gün Azərbaycanın ilk azərbaycanlı psixiatrı Fuad İbrahimbəyovun adını daşıyır. 1926-cı ildə o, respublikada ilk eksperimental-psixoloji laboratoriyanı yaradıb, lakin 1948-ci ildə repressiyaya məruz qalıb. 

6-cı Paralel – Məhəmməd Naxçıvani

Küçə əvvəllər məşhur müğənni Bülbülün adını daşıyırdı. Bülbül Azərbaycan xalq musiqisini italyan opera ənənələri ilə birləşdirərək dünyaya tanıdıb. Hal-hazırda 6-cı Paralel Məhəmməd Naxçıvaninin adını daşıyır. O, görkəmli alim, fikir adamı və dövlət xadimi olub, fars dili izahlı lüğətini hazırlayıb.

7-ci Paralel – Bəsti Bağırova

Sovet dövründən bu günə qədər Bəsti Bağırova adı ilə tanınan küçə, Goranboy rayonunun kolxoz sədri olmuş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş pambıqçının şərəfinə adlandırılıb. 1 nömrəli Bakı Tibb Kollecinin orada yerləşdiyinə görə küçə çox populyardır. 

Bakı şəhərinin Paralel küçələri tarixin canlı şahidi, mədəniyyətin və insan talelərinin izidir. Hər biri bir neçə dəfə ad dəyişdirib, hər ad bir dövrün hekayəsini danışır. Dar, birmərtəbəli evlərdən, çoxmərtəbəli binalara keçid isə şəhərin özü kimi, keçmişlə bu günün simfoniyasıdır. Maraqlısı budur ki, bu küçələr özündə tarix daşıdığı kimi, Bakının köhnə – özündə tarix daşıyan insanları onlara hələ də “Paralel” deyir. Məsələn, yolda bir yaşlı adamdan nəyinsə yerini soruşsan, “Dön birinci Pararlelə, düz get” deyəcək. 

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Türkiyənin Respublika Günü münasibətilə paylaşım edib.

Ən son

GÜNDƏM

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə verilmiş "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının növbəti iclası

GÜNDƏM

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə verilmiş "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının növbəti iclası
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin