Nəşr edilmişdir 10/17/2024

Paylaşın

XƏBƏRLƏR

Bakıdakı “TeamGym” üzrə Avropa çempionatında böyük gimnastların mübarizəsinə start veriləcək

TeamGym

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında bu gün böyük gimnastların mübarizəsinə start veriləcək.

Baki-baku.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən turnirdə kişilər, qadınlar və qarışıq komandalar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər.

Kişi və qadınlarda 8, qarışıq komandalarda isə 10 ölkə mübarizə aparacaq. Azərbaycanı yarışda yalnız kişilərdən ibarət kollektiv təmsil edəcək.

Qeyd edək ki, ötən gün yeniyetmələr arasında ilk finalçılar bəlli olub. Danimarkanın kişilərdən ibarət kollektivi 55.900, qadınlardan ibarət komandası 50.250 xal toplayaraq bütün rəqiblərini qabaqlayıblar. Qarışıq komanda yarışlarında isə İslandiya 50.600 xalla həlledici raundda iştirak hüququ qazanıb.

Yeniyetmələrin final mərhələsi oktyabrın 18-də baş tutacaq və çempionatın ilk mükafatçıları müəyyənləşəcək.

14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi turnirə oktyabrın 19-da yekun vurulacaq.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

BakıBaku xəbər verir ki, əvvəllər böyük bir avtomobil dayanacağı olan bu ərazi indi sakinlər üçün

XƏBƏRLƏR

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a

XƏBƏRLƏR

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında bu gün böyük gimnastların mübarizəsinə start