Nəşr edilmişdir 01/16/2025

Paylaşın

GÜNDƏM

Bakıdakı şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

IMG-20250116-WA0115

Bakıdakı şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb.
Bakı-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən “Bəyaz” şadlıq sarayında yoxlama aparılıb.
Müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib. Qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml “Organic” əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam, dolğun şəkildə markalanma aparılmayıb.
Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb, sınaqların aparılması məqsədi ilə laboratoriyaya təqdim edilib. Agentliyin əməkdaşları saxta, istifadəyə yararsız məhsulların satışının qarşısını alaraq dövriyyədən çıxarıb.
Faktla bağlı müvafiq tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Ən son

GÜNDƏM

Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən “Boranı” restoranında havalandırma sistemindəki partlayışla əlaqədar tüstülənmə baş verib.Baki-baku.az xəbər

GÜNDƏM

Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən “Boranı” restoranında havalandırma sistemindəki partlayışla əlaqədar tüstülənmə baş verib.Baki-baku.az xəbər