Nəşr edilmişdir 07/15/2025

Paylaşın

GÜNDƏM

Bakıda Zərgərpalan hamamının konservasiya işlərindən sonra açılışı olub

B8310574-36FC-4326-8432-B0115BA7D483

Bakıda XIX əsrə aid Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışı olub.
Baki-baku.az xəbər verir ki, konservasiya işləri AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları və italiyalı professor Luici Skrinzi tərəfindən “Miras” İctimai Birliyinin sifarişi əsasında həyata keçirilib.
Zərgərpalan hamamında aparılan arxeoloji işlərin rəhbəri, professor Qafar Cəbiyev bildirib ki, tarixi tikili 1899-cu ildə yerli sahibkarların vəsaiti hesabına inşa olunub, 1937-ci ildə sahibi repressiyaya məruz qalıb və İkinci dünya müharibəsi dövründə təyinatı dəyişdirilərək müharibə üçün məhsullar hazırlayan sex və emalatxana kimi fəaliyyət göstərib.
Abidə barədə məlumat verən alim qeyd edib ki, hamamın əsas strukturu giriş otağı, iki əsas zal və onlara bitişik otaqlardan ibarətdir. Arxeoloji qazıntılar zamanı otaqların hər birində maddi-mədəniyyət nümunələri, konstruksiya qatları və memarlıq elementləri aşkarlanıb. Abidədə Şərq memarlığının elementləri (tağlar, günbəzlər, səkilər, fəvvarələr) ilə yanaşı, Avropa memarlıq məktəbinin bəzi xüsusiyyətləri də müşahidə olunur.
Q.Cəbiyev vurğulayıb ki, konservasiya işləri zamanı İtaliya texnologiyasından istifadə olunub və abidənin orijinallığı maksimum şəkildə qorunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub

Ən son

MEMARLIQ

Bakının da öz “vertikalı” var – elə bir hündürlük ki, hətta göydələnlər də ona baxaraq

MEMARLIQ

Bakının da öz “vertikalı” var – elə bir hündürlük ki, hətta göydələnlər də ona baxaraq