Nəşr edilmişdir 05/22/2025

Paylaşın

GÜNDƏM

Bakıda yerli şirkətlərin 6-cı tanıtım sərgisi keçiriləcək

İyunun 18-21-də Bakı Ekspo Mərkəzində 6-cı dəfə “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək.
Baki-baku.az İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.
Bu, sərginin keçirildiyi illər ərzində ən çox sayda yerli şirkətin bir araya gəldiyi tədbir olacaq.
Sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə ilk dəfə tanış ola biləcəklər. Nüfuzlu şirkətlərin təchizat zəncirində iştirak imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün bu il sərgi çərçivəsində mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə görüşləri təşkil olunacaq.
Builki sərginin tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, Dövlət Reklam Agentliyi və “İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası” (İCMA) İctimai Birliyidir.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi qeydiyyatı üçün: https://ebiletstore.com/event/6-ci-yerli-sirketlerin-tanitim-sergisi
Sərgidə dövlət dəstəyi hesabına məhsul və xidmətlərini KOBİA-nın stendində təqdim etmək istəyən mikro və kiçik sahibkarlar iyunun 12-dək müvafiq formanı doldurmaqla Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölməsində “6-cı Yerli şirkətlərin tanıtım sərgisi” qeyd olunmalıdır).

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a BŞTİ-dən məlumat verilib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarixi mənbələr sübut edir ki, Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra Güney Azərbaycanın bir