Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/30/2025

Paylaşın

GÜNDƏM

Bakıda yeni parklanma yerləri təşkil edilib

Yeni parklanma yerləri, Parklanma, AYNA

Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili davam etdirilir.

Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində 5 parklanma məntəqəsi yaradılaraq sürücülərin istifadəsinə verilib. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılıb.

Yaxın günlərdə Uluxanlı və Füzuli küçələrində də parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılaraq yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.

Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Ən son

GÜNDƏM

Baki-baku.az xatırladır ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan

GÜNDƏM

Baki-baku.az xatırladır ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin