Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/19/2025

Paylaşın

GÜNDƏM

Bakıda yaşayış binasının daxili fasad hissəsində özbaşına artırma işlərinin qarşısı alınıb

Bakının Səbail rayonunun Həsən Seyidbəyli küçəsi, 31 ünvanında yerləşən yaşayış binasının daxili fasad hissəsində özbaşına artırma işləri ilə bağlı sosial şəbəkələrdən daxil olan müraciət əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları ötən gün həmin ərazidə şəhərsalma nəzarəti qaydasında monitorinq keçirib.
Baki-baku.az Komitəyə istinadən xəbər verir ki, baxış nəticəsində sözügedən ünvanda qanunsuz aparılan işlər Bakı Şəhər Icra Hakimiyyəti və Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində dərhal dayandırılmış və yerli icra hakimiyyətinin iştirakı ilə axşam saatlarında söküntüsü tam başa çatdırılıb.
Həmin yaşayış binası ilə bağlı məsələ üzrə Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası müvafiq rəy verib və dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məqsədilə aidiyyəti üzrə təqdimat göndərib.
“Bütün vətəndaşlara şəhərin simasının qorunmasına göstərdikləri həssas yanaşma və fəal vətəndaş mövqeyinə görə təşəkkür edirik”, – deyə Komitə bəyan edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim

Ən son

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin