Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/15/2026

Paylaşın

GÜNDƏM

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır

Çimərlik

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb.

Baki-baku.az xəbər verir ki, sözügedən məkanlar 15 may tarixindən başlayan çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib.

Qeyd edilib ki, sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, oyun meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətdədir.

Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.

Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

IDEA İctimai Birliyi hamıya dəniz mövsümündə xoş istirahət arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməməyə çağırır.

Çimərlik

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yaxın vaxtlarda Azərbaycanda yaşama icazələri vəsiqələrinin elektron qaydada təqdim olunması planlaşdırılır.

Ən son

GÜNDƏM

Bu ilin iyun ayının son ongünlüyündə Bakıda Azərbaycanı Avropa ilə birləşdirən "Black Sea Energy" -

GÜNDƏM

Bu ilin iyun ayının son ongünlüyündə Bakıda Azərbaycanı Avropa ilə birləşdirən "Black Sea Energy" -
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin