Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/14/2025

Paylaşın

GÜNDƏM

Bakıda yanğın təhlükəli çörək sexinin fəaliyyəti dayandırılıb

Bakının Xətai rayonunda yerləşən çörək sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu müəyyən edilib.
Baki-baku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata əsasən, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna ixtisaslaşmış lisenziyalı təşkilat tərəfindən illik texniki baxış keçirilməsi barədə müvafiq sənəd təqdim edilməyib:
“Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib.
Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Xətai rayonu Mingəçevir küçəsi, 20/3 ünvanında yerləşən çörək sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və bir nüsxə obyektin nümayəndəsinə təqdim edilib”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Zooparklarda və elmi mərkəzlərdə zaman keçdikcə elə varlıqlar doğulur ki, onlar real heyvandan çox mifoloji məxluqları xatırladır.

Ən son

GÜNDƏM

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasında cari təmir işləri aparılacaq.

GÜNDƏM

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasında cari təmir işləri aparılacaq.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin