Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/09/2026

Paylaşın

GÜNDƏM

Bakıda uşaq sığınacağında tibbi müayinələr təşkil olunub

"Azərbaycan Uşaqları" İctimai Birliyi

Bakıda “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində ixtisaslı həkim müayinələri təşkil olunub.

TƏBİB-dən Baki-baku.az-a verilən məlumata görə, tibbi müayinələrə 4-17 yaş aralıqlarında 33 uşaq cəlb edilib və onlara 380-dən çox tibbi xidmət göstərilib.

Bildirilib ki, müayinələrin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların profilaktik müayinələrini təşkil etmək, onların sağlamlığı ilə bağlı problemlərin erkən aşkarlanması və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

Pediatr, kardioloq, nevroloq, dermatoloq, uroloq, mama-ginekoloq, otorinolarinqoloq, endokrinoloq, hematoloq, terapevt, oftalmoloq, travmatoloq və psixiatrların iştirakı ilə baş tutan müayinələrdə, eyni zamanda ultrasəs müayinəsi (USM), elektrokardioqramma (EKQ) və laborator xidmətlər də göstərilib. Sağlamlıq vəziyyətləri müşahidəyə götürülən uşaqların müalicəsinin Sabunçu Tibb Mərkəzində davam etdirilməsi nəzərdə tutulub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin