Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2025

Paylaşın

İdman

Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu” həyata keçirilib

Ümumdünya Cüdo Günü, Cüdo, "Şəhər turu", Azərbaycan Cüdo Federasiyası, ACF

Azərbaycan Cüdo Federasiyası (ACF) paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla “Şəhər turu” həyata keçirib.

Bu barədə Baki-baku.az-a ACF-dən məlumat verilib.

28 oktyabr – Ümumdünya Cüdo Günü ilə əlaqədar təşkil olunan turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları Cüdo Günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.

Layihə cüdonun dəyərlərini – hörmət, cəsarət və dostluğu daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib. 28 oktyabr həm də cüdonun banisi Ciqoro Kanonun doğum günüdür. Cüdo hər kəsin əsl potensialını ortaya çıxara, özünü kəşf edə biləcəyi sistemdir.

Azərbaycanda cüdoya maraq sürətlə artır. Son illərdə idmançılarımız ən mötəbər arenalarda ölkəmizin bayrağını zirvəyə qaldırıb. Hidayət Heydərov və Zelim Kotsoyev kimi Olimpiya və dünya çempionlarımızın uğurları bütün ölkəyə böyük sevinc bəxş edib.

ACF-nin sistemli fəaliyyəti bu nailiyyətlərin əsasını təşkil edir. Regionlarda cüdonunun əhatə dairəsinin genişləndirilməsi, yeni təlim-məşq mərkəzlərinin istifadəyə verilməsi, məktəblilər üçün maarifləndirici kampaniyalar, məşqçi və hakimlər üçün ixtisasartırma proqramları, eləcə də inklüziv və kütləvilik yönümlü layihələr cüdonun ölkəmizdə davamlı inkişafına xüsusi töhfə verir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıdakı müxtəlif kilsə və sinaqoqlarda, o cümlədən müxtəlif dini icmalarda Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub, onların əziz

Ən son

TARİXİMİZ

1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrindən 38 il keçir.

TARİXİMİZ

1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrindən 38 il keçir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin