Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/12/2025

Paylaşın

GÜNDƏM

Bakıda Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri açıqlanacaq

IMG-20250212-WA0308

Bu həftə Bakıda 2023-cü ildə yaradılan Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri təqdim ediləcək.
Baki-baku.az bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) istinadən xəbər verir.
Fondun maliyyələşdirmə qaydaları və qəbul edilən layihələr üzrə meyarlar ilk dəfə Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) tərəfindən təşkil olunan biznes liderləri üçün məlumatlandırma görüşündə rəsmi şəkildə açıqlanacaq.
Bundan əlavə, tədbirdə türk dövlətlərində, xüsusilə Azərbaycanda biznes və investisiya imkanları barədə geniş təqdimatlar keçiriləcək, həmçinin B2B görüşlər təşkil olunacaq.
Qeyd edək ki, 2025-ci il üçün Türk Ticarət və Sənaye Palataları Birliyinə rəhbərlik Azərbaycana keçib və TCCI-da ölkəni ASK təmsil edir.
Türk İnvestisiya Fondunun əsas məqsədi türk dövlətləri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına töhfə verməkdir. Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edir.
Xatırladaq ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Ankarada, Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü çərçivəsində imzalanıb. Fond 2024-cü ildən tam fəaliyyətə başlayıb.
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanı iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bibəriyyə Aralıq dənizi sahillərində geniş yayılmış, həm ədviyyat, həm də dərman bitkisi kimi tanınan həmişəyaşıl kol bitkisidir.

Ən son

HƏR ŞEYDƏN

İşçilərlə işəgötürənlər arasında mübahisələr ən çox əmək hüquqlarının pozulması ilə bağlı ortaya çıxır.

HƏR ŞEYDƏN

İşçilərlə işəgötürənlər arasında mübahisələr ən çox əmək hüquqlarının pozulması ilə bağlı ortaya çıxır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin