Nəşr edilmişdir 05/26/2025

Paylaşın

GÜNDƏM

Bakıda top mərmisi tapılıb

Bakıda top mərmisi tapılıb, Bakıda top mərmisi, top mərmisi, FHN, ANAMA, Daxili İşlər Nazirliyi, DİN, Fövqəladə Hallar Nazirliyi, Nəsimi rayonu, Port Baku

Bakı şəhəri Nəsimi rayonu Port Baku ərazisində aparılan tikinti işləri zamanı hərbi sursat aşkar edilib.
Baki-baku.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd edilib ki, ANAMA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb edilərək, əraziyə baxış keçirib. Baxış zamanı təxminən 1930-40-cı illərdə istehsal olunan 1 ədəd 76 mm-lik, F-354 modeli olan yüksək partladıcılı qəlpəli top mərmisi aşkar edilib.
Aşkar edilən top mərmisi zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılaraq, partlayış yolu ilə məhv edilib.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə təmizləmə işləri aparılıb, hər hansı təhlükəli əşya aşkar edilməyib.

Bakıda top mərmisi tapılıb, Bakıda top mərmisi, top mərmisi, FHN, ANAMA, Daxili İşlər Nazirliyi, DİN, Fövqəladə Hallar Nazirliyi

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri

Ən son